Azərbaycan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Şirvanov son bir ayda maliyyə və digər cinayətlərə görə həbs edilən Müdafiə Nazirliyinin sayca 6-cı zabitidir.