Ermənistan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan fevralın 24-də Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Marina Kalyurandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər regionda sülh və təhlükəsizlik məsələlərinə toxunub, ATƏT-in Minsk qrupunun himayəsi altında problemin həlli üzrə danışıqlar prosesinin davam etdirilməsini vurğulayıblar.
Bu kontekstdə 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların tam yerinə yetirilməsi, habelə onların Azərbaycan tərəfindən pozulmasının nəticələrinin aradan qaldırılması, o cümlədən erməni hərbi əsir və mülki girovların qaytarılması, atəşkəs rejiminə qeyd-şərtsiz riayət olunması, Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması vurğulanıb.