Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb ki, guya Müdafiə Ordusunun bölmələri fevralın 23-də, saat 10:05 radələrində Artsax Respublikasının cənub-şərq istiqamətində Azərbaycan mövqelərini atəşə tutub.
Artsax Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktiki olaraq Azərbaycan tərəfi cəbhənin bu hissəsində atəşkəs rejimini pozub, nəticədə Ermənistan tərəfi heç bir itki verməyib.
Atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumat Rusiya sülhməramlı komandanlığına təqdim edilib.
Artsax Respublikasının Müdafiə Nazirliyi atəşkəs rejiminə sadiqliyini bir daha təsdiqləyir və bildirir ki, Müdafiə Ordusu tərəfindən qeyd olunan və ya hər hansı digər istiqamətdə atəşkəs rejim pozulmayıb.