Gürcüstanda son sutkada koronavirusa 10 230 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, 7223 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 575 999 nəfər yoluxub. Onların 1 429 763-ü sağalıb, 15 981-i isə ölüb.