Ermənistan Rusiya-Ukrayna gərginliyinin iqtisadi inkişafını izləyir. Bu barədə ER İqtisadiyyat naziri Vahan Kerobyan məlumat verib. Onun sözlərinə görə, riskləri anlamaq üçün artıq ixracatçılarla görüşüblər.
"Biz bütün bu amilləri araşdırırıq; həm ixracatçılarla, həm də təsir edilə biləcək digər bizneslərlə birbaşa əlaqə saxlayırıq və potensial şokları azaltmaq üçün istifadə edə biləcəyimiz imkanlara baxırıq" – deyə Kerobyan qeyd edib.