ER Baş nazirinin müavini Mher Grigoryan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) baş katibi Lazar Komaneskunu qəbul edib.
Görüş zamanı baş nazirin müavini xüsusilə qlobal çağırışlara cavab vermək baxımından regional əməkdaşlığın vacibliyini vurğulayaraq, Ermənistanın QDİƏT-in təsisçi üzvü kimi təşkilat çərçivəsində həyata keçirilən işlərin intensivləşdirilməsində maraqlı olduğunu qeyd edib.
Görüş zamanı həmsöhbətlər QDİƏT-in Avrasiya İqtisadi İttifaqı ilə mümkün əməkdaşlıq potensialına da toxunublar.