ER İqtisadiyyat naziri Vahan Kerobyan hökumətin iclasından sonra keçirilən brifinqdə Qoris-Kapan, Kapan-Çakaten magistral yolu ilə İranla yükdaşımaların həcmindəki dəyişikliklərə toxunaraq bildirib ki, 2021-ci ildə İranla ticarətimizdə 25% (500 milyon dollara qədər) artım var.
“Bununla belə, il ərzində, yol bağlanmazdan əvvəl ticarətin artım trayektoriyası elə idi ki, biz müqayisə olunmayacaq dərəcədə yüksək artıma ümid edirdik, bu, yol problemi yarandığı üçün baş vermədi”, - Kerobyan bildirib.
Nazir xatırladıb ki, ER hökuməti Syunik rayonunda çoxsaylı yol tikintisi layihələri həyata keçirir.