Rusiya prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevi Kremldə qəbul edib. Təkbətək söhbətdən əvvəl tərəflər Dağlıq Qarabağ münaqişəsi, digər regional məsələlərə toxunublar.
Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin hələ tam həll olunmadığını vurğulayıb. “Mütəmadi olaraq yaranan problemlərə baxmayaraq, məncə, mövcud vəziyyətdən razı qala bilərik. Təkcə orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından deyil, həm də ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat kommunikasiyalarının açılması baxımından müəyyən razılaşmalar var” - deyən Putin qeyd edib. O vurğulayıb ki, Moskva bəzi məsələlərlə bağlı mübahisələrin olduğunu bilir və prosesdə iştirak edən bütün tərəflərin maraqlarını təmin etməklə nizamlanma prosesinin sülh yolu ilə davam etdirilməsi üçün əlindən gələni edəcək.
Əliyev vurğulayıb ki, Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin qaynar mərhələdən siyasi-diplomatik platformaya keçməsində mühüm rol oynayıb.