Bu gün Yerevanda Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna parlamentləri, eləcə də Avropa Parlamenti deputatlarının iştirakı ilə “Avronest” Parlament Assambleyası komitələrinin iclasları başlayıb.
Gündəlik təsdiq edildikdən sonra “Avronest” Parlament Assambleyasının Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya məsələləri üzrə komitədə “Cənubi Qafqazda geosiyasi təhlükəsizlik” mövzusunda müzakirələr aparılıb.
Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand deyib. “Açıq deyim ki, Avropa Parlamenti müharibənin yekun nəticələrini tanımayıb. Biz açıq şəkildə bildirmişik ki, müharibə heç vaxt məqbul həll yolu sayıla bilməz. Əgər həqiqətən də davamlı, uzunmüdətli sülhdən danışırıqsa, buna ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə nail olmaq olar. Müharibə həll yolu deyil. Biz Avropa Parlamentinin üzvləri olaraq sizə yardım etməyə gəlmişik, sizin adınıza problemlərinizi həll edə bilmərik. Siz problemləri həll etməlisiniz, lakin biz kömək etməyə hazırıq”.
Müzakirə zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik və sabitlik məsələləri, regionda baş verənlər, kommunikasiya kanallarının qarşısının alınması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Ermənistan və Türkiyə arasında dialoqa dair fikir mübadiləsi aparıblar.
Ermənistan və Azərbaycandan olan müstəqil analitiklər, Aİ ekspertləri mövzu ilə bağlı fikirlərini təqdim ediblər.