Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasını müzakirə etdilər.
Vladimir Putin Nikol Paşinyanı RF-yə rəsmi səfərə dəvət edib. Ermənistanın baş naziri də öz növbəsində Vladimir Putini Ermənistana dəvət edib.
Tərəflər Rusiya-Ukrayna münasibətlərindəki vəziyyəti və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.