Fevralın 21-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını elan edib, “Turan” agentliyi yazır.
Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.
Siyahıya 126 nəfər daxil edilib.
Siyahının tərtibçiləri AŞPA-nın müəyyən etdiyi "siyasi məhbus" anlayışı meyarlarından çıxış ediblər.
Əvvəlki siyahı 10 dekabr 2021 tarixində açıqlanıb və orada 122 ad olub.