“Avroest” siyasi komissiyasının iclasının gündəliyinə “Cənubi Qafqazda təhlükəsizlik” məsələsi də daxil edilib. Bunu ER Parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mariya Karapetyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Bu səhər Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Ekspertlər onlayn şəkildə bizə qoşuldular. Erməni ekspert otaqda idi, Azərbaycandan olan ekspert onlayn şəkildə qoşuldu, ondan sonra erməni deputatlar, demək olar ki, bütün nümayəndə heyəti və azərbaycanlı deputatlar fikir mübadiləsi apardılar.
Avropalı tərəfdaşlarımız da öz mövqelərini bildirdilər. Mən xanım Marina Kalyurandın mövqeyini çox mühüm hesab edirəm. O, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndəsidir. Bu gün o, Dağlıq Qarabağ münaqişəsinin hələ də tam, hərtərəfli, danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmadığını təsdiqləyib", - Karapetyan bildirib.