Fevralın 22-də Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağa dair bəyanatların həyata keçirilməsi məsələsini müzakirə edəcək. Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri ilə yanaşı, tərəflər Dağlıq Qarabağ üzrə Rusiya, Azərbaycan və Ermənistan arasında 9 noyabr, 11 yanvar 2020-ci il və 26 noyabr 2021-ci il tarixlərində imzalanmış bəyanatların, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edəcəklər.
“Danışıqlar nəticəsində Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıracaq müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalanacaq”- deyə məlumatda bildirilir.