ER baş naziri Nikol Paşinyan Avropa İttifaqı Parlamentinin üzvü, “Avronest” Parlament Assambleyasının vitse-prezidenti Andrius Kubiliusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Avronest” Parlament Assambleyasının vitse-prezidenti Andrius Kubilius Ermənistanda effektiv demokratik islahatların aparılması faktını vurğulayıb və ER- Aİ əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə və dərinləşəcəyinə ümid etdiyini bildirib.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Baş nazir Paşinyan regionda baş verən proseslər, rabitə kanallarının açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimtasiyası, Ermənistan və Türkiyə arasında dialoqla bağlı Ermənistanın mövqeyini təqdim edib.
Nikol Paşinyan Avropa Şurasının sədri və Fransa prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərə, o cümlədən fevralın 4-də keçirilən dördtərəfli videokonfransın nəticələrinə və əldə olunmuş razılaşmalara toxunub.
Baş nazir erməni tarixi, mədəni və dini irsinin qorunub saxlanması üçün YUNESKO missiyasının və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağ münaqişəsi zonasına daxil olmasını təmin etməyin zəruriliyini vurğulayıb.