Naxicevan Muxtar Respublikasının rəhbəri Vasif Talıbovun oğulları Rza və Seymur Talıbovlar “Credit Suisse”, “Barclays”, “Vontobel”, “Emirates NBD” və digər xarici banklarda hesab açıb və 20 milyon dollardan çox “kölgə” ödənişləri alıb. Bu açıqlamanı OCCRP Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Mərkəzi yayıb.
Talıbovların işinin istintaqına görə, Talıbov qardaşlarının hesablarında on milyonlarla şübhəli köçürmələr olub, onların şəxsi evləri, Dubaydakı mənzilləri, tarixi binaları, Batumidəki otelləri də daxil olmaqla 63 milyon dollarlıq daşınmaz əmlakı var.
Bütün bunlara Vasif Talıbovun Naxicevanda hakimiyyəti dövründə nail olunub.
Maraqlıdır ki, Vasif Talıbov karyerasını başlayanda, yerli geyim fabrikində şöbə müdiri işləyib. Daha sonra siyasətə girməsini təmin edərək Heydər Əliyevin qardaşı qızı Sevil Sultanova ilə ailə həyatı qurub.
Talıbovun Naxicevandakı diktaturasına görə müxalifət regionu “Azərbaycan Şimali Koreyası”, Helsinki İnsan Haqları Komitəsi isə “Azərbaycanın Qaranlıq Adası” adlandırır. Kənd təsərrüfatı, bankçılıq, tikinti və digər sahələrdə əsas iqtisadi resurslar Tallibov ailəsinin əlində cəmləşib.