Ermənistan Respublikası baş naziri Nikol Paşinyan Artsax hərəkatının ildönümü münasibətilə mesaj göndərib.
O qeyd etdi ki, 34 il əvvəl Qarabağ hərəkatı bu günlərdə başladı və bu, erməni xalqının gələcək tarixi üçün dönüş nöqtəsi oldu.
“Hərəkat dövlətçiliyimizin bərpasında ilk addım oldu. Bu gün Artsax yaralı olsa da, hələ də ayaqdadır. Bu gün addımlarımız sadəcə Artsax ermənilərinin sosial-iqtisadi problemlərinin həlli, təhlükəsizlik problemlərinin aradan qaldırılmasına deyil, eyni zamanda Artsax ermənilərinin hüquqlarının müdafiəsinə yönəlib”,- deyə qeyd olunub.