Fevralın 18-də, saat 17:00 radələrində Artsax Respublikasının Martuni rayonunun Tağavard icmasının yaxınlığında azərbaycanlıların mövqelərindən icmanın evləri hədəfə alınıb və atıcı silahlardan adıçəkilən icmanın yaşayış evləri istiqamətində atəş açılıb, nəticədə güllələr evlərin divarlarının bayır hissələrini zədələyib, güllələrdən biri isə sakinlərdən birinin mənzilinin pəncərəsinə dəyib və içəriyə daxil olub.
Artsax Respublikası Prokurorluğunun məlumatına görə, hadisədən dərhal sonra istintaq orqanının əməkdaşları cinayətin nəticələrini sənədləşdirmək və sübutları təsbit etmək üçün Tağavard icmasına gediblər. Prokurorluq hadisə barədə Rusiyanın Artsaxdakı sülhməramlı kontingentinə cəlb olunmuş prokurora məlumat verib, həmçinin hadisənin ilkin sübutlarını təqdim edib.