Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin bu və ya digər hissəsində Azərbaycan bölmələrinin döyüş mövqeləri istiqamətində ER Silahlı Qüvvələri tərəfindən atəş açılması barədə mütəmadi olaraq dezinformasiya yaymaqda davam edir.
O cümlədən, fevralın 18-i axşam saatlarında Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayaraq, həmin gün ER Silahlı Qüvvələrinin bölmələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-şərq hissəsində yerləşən Azərbaycan döyüş mövqelərini atəşə tutduğunu iddia edib.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyini sərhəddəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan, Ermənistan-Azərbaycan sərhədində sabitliyin bərqərar olmasına heç bir şəkildə töhfə verməyən məlumat yaymaqdan çəkinməyə çağırır.