Fevralın 18-də Münhendə Ermənistan Respublikasının XİN başçısı Ararat Mirzoyan Almaniya Federativ Respublikasının Xİ dövlət naziri Tobias Lindner ilə görüşüb.
Həmsöhbətlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatda səmərəli əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. Ermənistanın xarici işlər naziri Ermənistan və Almaniya arasında tarixi bağlara, ümumi dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan dostluq münasibətlərinin müsbət dinamikasını məmnunluqla qeyd edib.
Tərəflər regional və beynəlxalq gündəlikdəki bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan Ermənistan və Azərbaycan sərhədində yerləşən Dağlıq Qarabağdakı vəziyyəti təqdim edib.
Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında hərtərəfli və davamlı həllinin zəruriliyi vurğulanıb. Erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal vətənə qaytarılması məsələsi müzakirə olunub.
Ararat Mirzoyan, görüş zamanı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə də toxunub.