Fevralın 17-də ER xarici işlər naziri Ararat Mirzoyan BMT-nin Ermənistandakı rezident koordinatoru vəzifəsini icra edən Lila Piters Yahiyanı qəbul edib.
Nazir Mirzoyan BMT-nin Ermənistandakı nümayəndəliyi ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu və Ermənistanda demokratik təsisatların gücləndirilməsi və davamlı inkişaf məqsədlərinin səmərəli həyata keçirilməsi üçün BMT və ixtisaslaşmış qurumlarla davamlı sıx əməkdaşlığın zəruriliyini bildirib.
Həmsöhbətlər Ermənistanın BMT-yə üzvlüyünün 30 illiyi çərçivəsində planlaşdırılan tədbirlərə də toxunublar.
Tərəflər Azərbaycanın Artsaxa təcavüzü nəticəsində yaranan humanitar məsələləri müzakirə ediblər.
Ararat Mirzoyan BMT də daxil olmaqla, ixtisaslaşmış beynəlxalq təşkilatların Dağlıq Qarabağa maneəsiz girişinin zəruriliyini vurğulayıb.