Fevralın 17-də Ermənistan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tigran Mkrtçyan Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.
Nikos Dendias bildirib ki, Ermənistan-Yunanıstan münasibətləri ənənəvi olaraq möhkəm təməl üzərindədir, bu baxımdan yalnız müsbət dinamika gözləmək lazımdır.
Səfir Tigran Mkrtçyan öz missiyasının əsas istiqamətlərini təqdim edib. Səfir hazırda fəal siyasi dialoq və hərbi əməkdaşlıqla paralel olaraq ikitərəfli iqtisadi əlaqələrin, elmi-təhsil-mədəni əlaqələrin, eləcə də parlament diplomatiyasının dərinləşdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.
Səfir Tigran Mkrtçyan regional hadisələrlə bağlı Ermənistanın mövqelərini təqdim edib.