Fevralın 17-də Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Niderland Krallığının Ermənistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Niko Şermersi qəbul edib.
Görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
Səfirin xahişi ilə müdafiə naziri hərbi əməliyyatlar dayandırıldıqdan sonra Artsaxda sərhəd vəziyyəti, Ermənistan Respublikasının mövqeyi və gərginliyin azaldılması ilə bağlı təkliflər təqdim edib.
Beynəlxalq hadisələrlə bağlı məsələlər də müzakirə olunub. Həmsöhbətlər regional və beynəlxalq təhlükəsizlik mühiti, ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi də aparıblar.