Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, ölkədə dil islahatları aparmaq lazımdır, eyni zamanda latın əlifbasına keçid məsələsində tələsmək lazım deyil. Buna ciddi yanaşmaq lazımdır. Dil siyasəti çox həssas mövzudur
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaqstan” telekanalına müsahibəsində deyib.
“Biz qazax dilini qoruyub saxlayacağıq. Başqa cür ola da bilməz. Çünki tarixin ən çətin anlarında dilimiz müdrik əcdadlarımızın, xalqımızın sayəsində qorunub saxlanıb”.