Çox qəribədir ki, Türkiyə NATO-nun üzvü olmaqla NATO-nun digər üzvü Yunanıstana qarşı təxribat və qeyri-qanuni hərəkətlərə başlamaq qərarına gəlib. Bu barədə Yunanıstanın xarici işlər naziri Nikos Dendias Afina ilə Ankara arasındakı münasibətlərini şərh edərək bildirib.
“Türkiyə rəsmilərinin Yunanıstanın Egey adaları üzərindəki suverenliyini şübhə altına alan son bəyanatları qətiyyən qəbuledilməzdir.
Bu bəyanatlar nəinki bizim üçün qəbuledilməzdir, eyni zamanda Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, Böyük Britaniya Xarici İşlər Nazirliyi və digər ölkələr tərəfindən də rədd edilib”,- deyə Denias vurğuladı.