Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.
Bildirilir ki, tərəflər beynəlxalq gündəmdəki mühüm mövzuları müzakirə ediblər. Lavrov türkiyəli həmkarına Avropada təhlükəsizliyin uzunmüddətli hüquqi təminatlarının təmin edilməsi üçün Rusiyanın təşəbbüslərinin irəli sürülməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Ukraynanın cənub-şərqindəki vəziyyətə toxunulub.
Suriyada ikitərəfli məsələlərə, Cənubi Qafqazda nizamlanmanın müəyyən aspektlərinə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunulub.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı Rusiya XİN rəhbəri martın 11-13-də keçiriləcək Antalya Diplomatik Forumunda iştirakını təsdiqləyib.