Qazaxıstanda uğurlu sülhməramlı əməliyyatların təcrübəsi ətraflı təhlil ediləcək, o cümlədən KTMT-nin digər ölkələrində belə ssenarilərin təkrarlanması halında qabaqlayıcı tədbirlər görüləcək. Bu barədə Rusiyanın xarici işlər naziri Oleq Siromolotov.
“Çoxlu sayda terror təşkilatının “yatmış hücrələrinin” olduğu Mərkəzi Asiyada terrorla mübarizə sahəsində vəziyyət kifayət qədər kövrək olaraq qalır”,- deyə Siromolotov vurğuladı.
O əlavə edib ki, Qazaxıstandakı hücumları həyata keçirənlər arasında xarici əsilli şəxslər, həmçinin xaricdə “qaynar nöqtələr”də təcrübə qazanmış muzdlular var idi.
Rusiya xarici işlər nazirinin müavininin sözlərinə görə, KTMT sülhməramlı qüvvələrinin səmərəliliyi sübut edir ki, postsovet məkanında təşkilata üzv ölkələrinin terrorla mübarizə sahəsində əməkdaşlığı vacibdir.