Bu il fevralın 19-22-də Yerevanda Avronest Parlament Assambleyası Bürosunun iclasları keçiriləcək.
Assambleyanın Siyasi, İnsan Haqları və Demokratiya, Enerji Təhlükəsizliyi, İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşdırma və Aİ Siyasəti, Sosial Məsələlər, Məşğulluq, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Daimi Komitələrinin üzvləri, Avronest PA Nümayəndəliyi və Şərq Tərəfdaşlığı üzvləri Ermənistana gedəcəklər.
İclasda eləcə də Azərbaycan, Ukrayna və Gürcüstan parlamentlərinin deputatlarının Yerevana səfəri planlaşdırılır.