Azərbaycan Hərbi Hava Qüvvələri Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov iqtisadi cinayətlər törətmək ittihamı ilə həbs edilib.
Bakı Hərbi Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Kazımov dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunur.
Bundan öncə ötən həftə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov da daxil olmaqla, hərbi idarənin daha 4 maliyyəçisi həbs edilib.