Fevralın 15-də ER xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Ararat Mirzoyan və Sergey Lavrov 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə etdilər. Tərəflər qeyd etdilər ki, Ermənistan-Azərbaycan sərhədində sabitlik və təhlükəsizliyin səviyyəsinin artırmaq üçün addımlar atılmalıdır.
Telefon danışığı zamanı Ermənistan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli çoxtərəfli platformalar üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq gündəmdəki məsələləri müzakirə etdilər.
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.