Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Polşa xarici işlər naziri Zbiqnev Rau arasında danışıqlar keçirilib.
Zbiqnev Rau Rusiyaya Avropa təhlükəsizliyi ilə bağlı yeni dialoqa başlamağı təklif edib, Lavrov bunu maraqlı təşəbbüs kimi qiymətləndirib. O qeyd etdi ki, ATƏT məkanında davam edən münaqişələr Avropanın təhlükəsizlik mühitini pozub.
“Dnestryanı, Cənubi Qafqazdakı gərginlik regionların inkişafını məhdudlaşdırır. ATƏT güclü monitorinq mexanizmidir və sülhməramlı proseslərin inkişafı üçün siyasi səyləri dəstəkləyir”,- deyə o qeyd etdi.