Fevralın 15-də saat 16:15 radələrində Artsax Respublikasının şərq sərhəd istiqamətində Azərbaycan silahlı qüvvələrinin hərbçiləri atəşkəs rejimini pozub, bunun nəticəsində Müdafiə Ordusunun hərbi qulluqçusu yaralanıb.
Bu barədə Artsax Respublikasının Müdafiə Ordusu məlumat yaydı.
Hadisə ilə bağlı müvafiq məlumat Rusiya sülhməramlı komandanlığına çatdırılıb. Hazırda təmas xəttinin bu hissəsində operativ-taktiki vəziyyət sabitdir.