Fevralın 15-də Avropa ölkələrindən 42 mühacir Azərbaycana deportasiya olunub.
Onların 39 nəfəri Almaniyadan, 3-ü Avstriyadan olub. Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti fevralın 16-da məlumat yayıb.
Bildirilib ki, mühacirlərin ölkəyə qaytarılması prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.