Demokratiya Forumunun iştirakçıları bu və ya digər ölkədə demokratiyanın vəziyyəti nəzərə alınmaqla seçilib. "Ümid edirik ki, gələcəkdə Azərbaycan da iştirakçılar arasında olacaq, amma bunun üçün əsas azadlıqlar, vətəndaş cəmiyyətinin imkanları, insan hüquqlarına hörmət kimi məsələlərdə müəyyən irəliləyiş olmalıdır", bu barədə çərşənbə günü keçirilən brifinqdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.
Ermənistanın Foruma dəvət olunmasının, Azərbaycanın isə dəvət olunmamasının səbəbi barədə suala cavabda diplomat qeyd edib ki, dəvət müəyyən demokratik islahatların mövcudluğundan asılı idi. Bu, ölkənin bu və ya digər siyasi təşkilata üzvlüyündən asılı deyildi.