Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi.
Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.
Toivo Klaar qeyd edib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin yekun həllinə, vəziyyəti sabitləşdirməyə, müxtəlif səviyyələrdə danışıqların intensivləşdirilməsinə kömək etməyə hazırdır.
Qeyd olunub ki, Avropa İttifaqı humanitar sahədə, xüsusən də hərbi əsirlərin, digər əsirlərin və itkin düşmüş şəxslərin qaytarılması sahəsində fəaliyyətini davam etdirəcək.
Görüş zamanı tərəflər regional təhlükəsizliklə bağlı digər məsələləri də müzakirə etdilər.