Fevralın 14-də ER Parlamentinin sədrinin müavini, Ermənistan-Türkiyə nizamlanması prosesində xüsusi nümayəndə Ruben Rubinyan ilə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko arasında telefon danışığı olub.
Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Hər iki tərəf xüsusi nümayəndələrin Vyanada keçiriləcək ikinci görüşünün səmərəli olacağına ümid etdiyini bildirib.