ER Baş nazir Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.
Baş nazir Ermənistan-Avropa İttifaqı münasibətlərinin davamlı inkişafına, eləcə də bu istiqamətdə birgə səylərə əhəmiyyət verdi.
Nikol Paşinyan vurğulayıb ki, demokratik islahatların gündəliyi Ermənistan hökumətinin prioritetləri sırasında qalmaqda davam edir və hakimiyyət orqanlarının demokratik islahatlar prosesinə sadiqliyi toxunulmazdır.
Tərəflər Aİ-nin Ermənistana ayırdığı 2,6 milyard avroluq investisiya paketinin gedişatı ilə bağlı məsələləri müzakirə ediblər. Bu kontekstdə Syunik bölgəsində 80 milyon avroluq paketin işə salınmasına xüsusi əhəmiyyət verilib.
Baş nazir Avropa Şurasının prezidenti Şarl Mişelin regionda qarşılıqlı anlaşma və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.
Görüşdə 44 günlük müharibədən sonra Cənubi Qafqazdakı vəziyyət, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin yumşaldılması və sabitliyin təmin edilməsi istiqamətində atılan addımlar müzakirə olunub.
Azərbaycan tərəfinin erməni mədəni irsinə qarşı təhdid xarakterli bəyanatları və bir sıra erməni abidələrinin məhv edilməsi istiqamətində artıq atılan addımları nəzərə alınmaqla DQ münaqişəsi zonasına YUNESKO missiyasının və beynəlxalq humanitar təşkilatların girişin təmin olunması vacib sayılıb.
Münaqişənin ATƏT-in Minsk Qrupu həmsədrliyinin himayəsi altında nizamlanması istiqamətində sülh prosesinin tam bərpası və həmsədrlərin fəaliyyətinin aktivləşdirilməsinin vacibliyi bir daha vurğulandı.