Gürcüstanda ötən sutka ərzində daha 4 028 nəfərə koronavirus diaqnozu qoyulub, 21 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 458 093-ə, ölənlərin sayı isə 15 577-yə çatıb.
Son bir gündə 22 517, ümumilikdə isə 1 270 759 nəfər müalicə olunaraq sağalıb.