ER ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan İtaliyanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfonso Di Rizonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir səfiri salamlayaraq, iki ölkə arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib.
Səfir Alfonso Di Rizo da öz növbəsində iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün istifadə oluna biləcək böyük potensialın olduğunu vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.