Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində əməliyyat keçirib, bir neçə vəzifəli şəxs həbs edilib.
Nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.
Zabitlər ümumilikdə 10 milyon manatdan çox vəsaiti (5 milyon avro) mənimsəməkdə ittiham olunurlar. Onlara qarşı CM-in 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə iş açılıb.
Eyni zamanda, onların saxlanması üzrə əməliyyatın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirildiyi bildirilir.