BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı üçün çalışan 2 əcnəbi jurnalist və onları müşayiət edən əfqanlar saxlanılıb.
Bu barədə BMT-nin Cenevrə ofisi məlumat yayıb.
Qurumdan bildirilib ki, jurnalistlər Kabildə saxlanılıblar. Hadisənin səbəbləri məlum deyil. Jurnalistlərdən biri 20 ildir Əfqanıstanda işləyən BBC müxbiri Endryu Nortdur.