ABŞ Səfirliyi Azərbaycan hökumətini "Media haqqında" yeni qanunu ATƏT standartlarına və öz beynəlxalq öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırıb.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Media haqqında" qanuna dair ABŞ səfirliyinin açıqlamasında deyilir
"Biz media haqqında yeni qanunun müstəqil jurnalistlərin, KİV sahəsində ekspertlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının fikri nəzərə alınmadan qəbul edilməsindən və imzalanmasından narahatıq.
Prezident Əliyevin imzaladığı qanunu tədqiq etməyə davam edirik və səbrsizliklə bu və digər ekspertlərin bu qanunu təhlil etməsini gözləyirik.
Hökuməti yeni qanunu ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırırıq",- deyə səfirliyin rəsmi nümayəndəsi qeyd etdi.