Nikol Paşinyan İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyi təbrik edib.
“Hörmətli cənab Prezident,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsinin 43-cü ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən təbriklərimi çatdırıram. Ermənistan Respublikasında çoxəsrlik qarşılıqlı hörmətə əsaslanan Ermənistan-İran isti və qonşu münasibətlərinin normal inkişafını yüksək qiymətləndiririk. Məmnuniyyətlə bildirmək lazımdır ki, bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik.
Ermənistam Respublikası və İran Respublikasının regionda sülh və sabitliyi möhkəmləndirmək əzmində olduqlarına əhəmiyyət verərək, ikitərəfli gündəmdəki məsələləri müzakirə etmək üçün sizi Ermənistana səfər etmək üçün rəsmi dəvətimi bir daha təsdiq edirəm.
Əminəm ki, birgə səylər nəticəsində biz Ermənistan-İran yüksək səviyyəli dövlətlərarası münasibətlərinin daha da dərinləşməsinə nail olacağıq, əməkdaşlığımızın çoxşaxəli gündəliyi xalqlarımızın və ölkələrimizin rifahı naminə daha da genişlənəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına rifah və sarsılmaz sülh diləyirəm”.