Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 10-da Azərbaycandan göndərilmiş 6 ərizə üzrə 4 yekun qərarını elan edib.
Azərbaycan KİV-in yaydığı məlumata görə, qərarlardan biri mahiyyət üzrə verilib, digəri hökumətin birtərəfli bəyannaməsi nəzərə alınaraq qəbul edilib.
Növbəti 2 işdə isə tərəflər dostca anlaşıblar.
“Hacıyev Azərbaycana qarşı” işində ərizəçiyə 3500 avro təzminat ödənilməsinə qərar verilib.
”Əmrah Salmanov Azərbaycana qarşı” işidə isə tərəflər dostca anlaşıb. Anlaşmaya əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12000 avro təzminat və 1000 avro hüquqi məsrəf xərci ödəyəcək.
”Ülvi Nuriyev və Coşqun Salahov Azərbaycana qarşı” işində də tərəflər dostca anlaşıb. Anlaşmaya əsasən, hökumət iki ərizəçiyə ümumilikdə 16 000 avro təzminat (ərizəçilərin hər birinə 7 min avro mənəvi zərər əvəzi və hüquqi məsrəflərə görə 2 000 avro) ödəməlidir.
“Məhəmməd Mustafayev və Ceyhun Süleymanov Azərbaycana qarşı” işində hökumət, kommunikasiya mərhələsində ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib. Məhkəməyə mənəvi zərər əvəzi təzminat ödənilməsini ifadə edən birtərəfli bəyannamə təqdim edib. Məhkəmə bəyannaməni qəbul edib. Beləliklə, hökumət ərizəçilərin hər birinə 7500 avro təzminat ödəyəcək.