Fevralın 11-də səhər saat 5:50 radələrində Artsax Respublikasının Martuni rayonunun Tağavard və Karmir Şuka kəndləri yaxınlığındakı Azərbaycan mövqelərindən yaşayış evləri istiqamətində atəş açılıb. Bu barədə Artsax Ombudsmanı Geğam Stepanyan yazdı.
Ombudmsan qeyd etdi ki, Azərbaycan tərəfi birbaşa mülki əhalinin evlərini hədəfə alıb, nəticədə evlərə ziyan dəyib.
“Mülki əhalinin qorxudulması üçün keçirilən eyni əməliyyat zamanı Karmir Şuka sakinin evinin pəncərəsi sındırılıb, güllə evin qonaq otağına daxil olub, orada atəş səsindən oyanan ev sahibinin 3 azyaşlı uşağı və arvadı olub”,- Ombudsman bildirdi.