Azərbaycan hakimiyyəti mətbuata dövlət nəzarətini gücləndirən yeni qəbul edilmiş media qanununu ləğv etməlidir.
Bu barədə Jurnalistləri Müdafiə Komitəsi cümə axşamı yaydığı bəyanatda deyilir.
“Azərbaycanın yeni media qanunu qeyri-müəyyənliklər və ağır tələblərlə doludur və görünür, qəsdən ölkəni işıqlandıran azad medianın qalan son dayaqlarını hədəfə almağa hesablanıb.Prezident İlham Əliyev heç vaxt bu qanunu təsdiq etməməli idi və indi hakimiyyət onu ləğv etməli və heç vaxt mətbuat nümayəndələrinə qarşı istifadə edilməməsinə çalışmalıdır” - deyə Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said qeyd edib.
“Qanun həmçinin “media orqanı” ifadəsini “media subyekti” ilə əvəz edir və bununla da hakimiyyət orqanlarına korporativ media qurumları ilə yanaşı fiziki şəxsləri də hədəf almağa imkan verir” - deyə məlumatda əks olunub.
CPJ şərh üçün Medianın İnkişafı Agentliyinə, parlamentə və Azərbaycan prezidentliyinin ofisinə e-poçt göndərib, lakin heç bir cavab almayıb.
Fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinin ötən il dekabrın 30-da qəbul etdiyi "Media haqqında" qanunu imzalayıb. Օ, qanunun tətbiqi və ondan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman da imzalayıb.
Qanun parlamentdə qəbul edildikdən sonra Dövlət Departamenti prezident Əliyevi onu hazırki formada imzalamamağa çağırmışdı.