Fevralın 11-də səhər saat 06:00 radələrində Artsax Respublikasının Martuni rayonunun Karmir Şuka kəndi yaxınlığında yerləşən Azərbaycanın döyüş mövqelərindən yaşayış evləri istiqamətində atəş açılıb. Nəticədə güllələrdən biri adıçəkilən kənd sakininin evinin pəncərəsinədən və qonaq otağına keçib.
Xoşbəxtlikdən hadisə zamanı otaqda olan ev sahibinin azyaşlı uşaqları və həyat yoldaşı xəsarət almayıb.
Hadisə barədə məlumat verildikdən dərhal sonra Artsax Polisinin əməkdaşları hadisə yerinə yola düşüb və cinayətin maddi izlərinin tapılıb qeydə alınması üçün tədbirlər görüblər.
Artsax Prokurorluğu hadisə barədə dərhal Rusiya sülhməramlı qüvvələrinə məlumat verib.