Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının sədri Armen Grigoryanla Stansilav Zas arasında telefon danışığı olub.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Armen Qrigoryan qeyd etdi ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəd hələ ki Sovet İttifaqı illərindən mövcuddur. Təhlükəsizlik Şurasının baş katibi vurğulayıb ki, 1991-ci ildə imzalanmış Müstəqil Dövlətlərin Əməkdaşlığının yaradılması haqqında Sazişə əsasən, tərəflər sərhədi tanıyıb, Sazişi öz parlamentlərində ratifikasiya edib və onu iki ölkənin qanunvericiliyinin tərkib hissəsinə çeviriblər.
Telefon danışığı zamanı tərəflər Ermənistan Respublikasının KTMT-də sədrliyi ilə bağlı məsələləri də müzakirə ediblər.