2021-ci il dekabrın 10-da təşkil olunan "3+3" konsultativ regional platformanın təsis iclasını uğurlu hesab edirəm. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Biz görüşün yekunlarına əsasən tərəfdaşlarla şərtləşdik ki, formatın fəaliyyətini qarşılıqlı maraq doğuran və regionda etimad tədbirlərinin gücləndirilməsinə yönəldilən məsələlər üzərində cəmləşdirək. Ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırışlara və təhdidlərə müqavimət həmin məsələlər sırasındadır", - deyə A.Rudenko vurğuladı.
Rusiya xarici işlər nazir müavinin sözlərinə görə, tərəflər iclasları müntəzəm əsasda ildə azı 2 dəfə keçirməyi qərara alıblar. Növbəti tədbirin keçirilməsi üçün artıq bir neçə ölkədən müraciətlər daxil olub.
"Gürcüstana gəlincə, bütün iştirakçılar onun “3+3” formatına birləşəcəyinə ümidvar olduqlarını ifadə ediblər. Tiflis üçün qapı açıq qoyulur. Vacibdir ki, regional işlər Cənubi Qafqazın bütün ölkələrinin iştirakı ilə müzakirə olunsun", - deyə Rusiya XİN rəhəbrinin müavini qeyd edib.