Şimal-Cənub dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu Rusiyanın maliyyəsi ilə tikiləcək. Bunu “İran” qəzetinə müsahibəsində İran Dəmir Yolu Şirkətinin rəhbəri Əli Əkbər Moradi deyib.
"Əvvəllər qərara alınıb ki, Azərbaycan 500 milyon dollar sərmayə qoymalıdır, lakin bu, sanksiyalara görə mümkün olmayıb. İndi Rusiya layihəni maliyyələşdirməyə hazır olduğunu bildirib" – deyə Morad bildirib.