Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Fevralın 15-i baş tutacaq görüşdə həmçinin Ukraynanın şərqindəki və Moldovanın Dnestryanı bölgəsindəki münaqişələrin həll yolları müzakirə olunacaq.